Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:14

AIESEC – gənclər üçün öz potensialını açmaq imkanı


Səs: Real audio
Biləsuvarda isə aksiyaçıların səhhəti ağırlaşıb Gələn ilin fevralında Rotterdamda Azərbaycanın dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-ə üzvlük məsələsi müzakirə ediləcək.



Qurumun Azərbaycan üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin sözlərinə görə, təşkilatın əsas məqsədi üzv ölkələrin gəncləri arasında təcrübə mübadiləsi aparmaqdır:



"Təşkilatın əsas məqsədi ölkələr arasında tələbə və yeni məzunların təcrübə mübadiləsini aparmaqdır. 90 ölkədə fəaliyyət göstərən şirkətlər digər ölkələrdən qısamüddətli iş üçün tələbələr götürürlər. Bundan əlavə, ölkə mədəniyyətlərini tanıtmaq və müxtəlif məsələləri müzakirə etmək məqsədilə hər il gənclərin iştirakı ilə 350 beynəlxalq konfrans keçirilir".



Bəxtiyar Hacıyevin sözlərinə görə, əgər dövlət və ya qeyri-dövlət səviyyəsində dəstək olarsa, quruma üzv olmaqda heç bir problem yaranmayacaq. Bəxtiyar Hacıyev artıq Gənclər, İdman və Turizm Nazirliyinin bu işdə onlara kömək etdiyini deyir:



"Bu gün artıq Gənclər, İdman və Turizm Nazirliyi bizim tərəfdaşlarımızdandır biridir və onlarla birgə dekabr ayında müxtəlif dövlət qrumları və şirkət rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi keçirəcəyik. İnanıram ki, dəstək olacaq və dəstək olan təqdirdə üzvlük çox real məsələdir".



AIESEC 1948-ci ildən fəaliyyət göstərir və hazırda 90 ölkənin 800-dən çox universitetinin tələbə və gənclərini özündə birləşdirir. Təşkilatın bu günə qədər qeydiyyatdan keçən bir milyondan çox məzunu var.
XS
SM
MD
LG