Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Ağcəbədidə də aclıq başladı


Səs: Real audio
Biləsuvarda isə aksiyaçıların səhhəti ağırlaşıb Noyabrın 24-də «Azadlıq» blokunda birləşmiş Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının Ağcabədi rayon təşkilatlarının 10 üzvü 82 saylı dairədən seçkinin nəticələrinin ləğvi tələbilə aclıq aksiyasına başlayıb. Bu haqda həmin dairədən blokun deputatlığa namizədi Camal Əzimbəyli məlumat verdi. Onun sözlərinə görə, icra qurumları bu dairədə səsvermənin demokratik keçirilməsinə imkan verməyiblər. Müxalifətçilər tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcəklərini bildirirlər.



Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Həsənov isə deyir ki, seçkiyə hər hansı şəkildə müdaxilə etməyib.



Altı gündür Biləsuvarda aclıq edən 14 nəfərdən altısının səhhəti isə yaxşı deyil. Aksiya iştirakçılarından biri, 66 saylı Biləsuvar dairəsindən deputatlığa namizəd Mirzəkulla Zəki belə deyir. Biləsuvar Rayon Xəstəxanasının baş həkimi Yunis Sadıqov da məlumatı təsdiqləyir. Onun sözlərinə görə, altı nəfərin bir neçəsi şəkərli diabet, vərəm və mədə xorası xəstəliklərindən əziyyət çəkir. Baş həkim onlardan aclığı dayandırmağı xahiş etdiyini, amma həmin şəxslərin tibbi müayinədən imtina etdiklərini bildirir.



Aclıq edənlər 66 saylı Biləsuvar seçki dairəsində nəticələrin ləğvini və «Azadlıq» blokunun rayon aksiyasından sonra həbs olunmuş şəxslərin azadlığa buraxılmasını tələb edirlər.



Aksiyaçılar arasında Müsavat, Xalq Cəbhəsi, Milli Demokrat və Yeni Azərbaycan partiyalarının üzvləri ilə yanaşı, bitərəf, həmçinin Dairə və Məntəqə Seçki komissiyalarının katibləri və üzvləri də var.



Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə deyir ki, artıq qurum öz işini yekunlaşdırıb və seçkinin nəticələri ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə göndərib: «İstər Biləsuvar, istrəsə də Ağcabədidəki aclıq aksiyalarına Konstitusiya Məhkəməsi münasibət bildirməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG