Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12
Rubrikalar

Yeni pullar dekabrda göstəriləcək


Səs: Real audio
Avstriya Hava Yollarının rəhbəri Erix Vulf 2003-cü il yanvarın 21-də Mərkəzi Kəşfiyyat İdarəsinin [MKİ] bir təyyarəsinin Frankfurtdan Azərbaycana uçarkən Avstriyanın hava məkanından keçdiyini deyib. O, əlavə edib ki, Avstriya həmin təyyarədə şübhəli yaraqlıların olması qənaətinə gəlib - Noyabrın 24-də Bakıda Almaniya-Azərbaycan iş adamlarının iştirakı ilə biznes forum keçirilib.



Alman iş adamlarının Azərbaycanda neft-qaz, energetika, nəqliyyat sahələrinə investisiya qoymaqda maraqlı olduqlarını diqqətə çatdıran Almaniya nümayəndə heyətinin rəhbəri Klaus Manqold iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 1 milyard avroya çatdırmağın mümkün olduğunu bildirib. Ötən ilin yekunlarına görə, iki ölkə arasında mal dövriyyəsi 400 milyon avro olub.



Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Heydər Babayev isə ölkədə Almaniya şirkətlərinə yaxşı şərait yaradılacağını deyib.



- Noyabrın 30-da Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gələcək. Dekabrın 15-ə qədər davam edəcək səfər çərçivəsində missiya maliyyə, iqtisadi inkişaf, vergilər nazirlikləri, Milli Bank, Nazirlər Kabineti, Prezident Aparatı və digər hökumət strukturlarında bir sıra görüşlər keçirəcək. Bundan başqa, Azərbaycanda yeni iqtisadi islahatlar proqramının hazırlanmasına dair danışıqların aparılması da nəzərdə tutululur.



- Gələn ay yeni Azərbaycan əskinasları və metal pulların təqdimat mərasimi keçiriləcək. Bu barədə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, yeni pullar dövriyyəyə mərhələli şəkildə buraxılacaq.



Denominasiyadan sonra dövriyyədə 1, 10, 20, 50, 100 manatlıq əskinaslar və 1, 5, 10, 20, 50 qəpiklik metal pullar olacaq.



- Milli Bankdan verilən məlumata görə, noyabrın 24-də 1 dollar 4 594, 1 avro 5 428, 1 rubl isə 159 manat olub.
XS
SM
MD
LG