Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Xəzərin statusu ilə bağlı növbəti danışıqlar Moskvada olacaq


Səs: Real audio
Andres Herkel seçkinin nəticələrinin Avropa Şurasıyla Azərbaycan arasında münasibətlərə təsirini istisna etmir Astanada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi İşçi Qrupunun 19-cu iclası başa çatıb. İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın ekspertlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər. «AzərTAc» xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov başçılıq edib.



Qazaxıstanın Xarici İşlər naziri Qasımcomərd Tokayev bildirib ki, onun ölkəsi «Xəzər regionunda sabitlik Paktı» adlı siyasi sənədin hazırlanıb qəbul edilməsinin tərəfdarıdır. Sənəddə terrorizmlə mübarizə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya məsələləri öz əksini tapmalıdır.



Danışıqların yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında deyilib ki, Astana görüşündə Konvensiya layihəsində göstərilən, demək olar, bütün müddəalar müzakirə olunub, tərəflərin mövqeləri ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb, bir sıra məsələlərdə prinsipial razılıq əldə edilib, görüşün yekunları ilə əlaqədar rəsmi məlumat imzalanıb.



İşçi Qrupunun növbəti iclası 2006-cı ilin birinci rübündə Moskvada keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG