Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

<i>«Yeni Azərbaycan»</i>: «Beynəlxalq Böhran Qrupunun hər hansı münaqişəni həll etmək statusu yoxdur»


Səs: Real audio
Andres Herkel seçkinin nəticələrinin Avropa Şurasıyla Azərbaycan arasında münasibətlərə təsirini istisna etmir «Yeni Azərbaycan» qəzetindəki «Beynəlxalq Böhran Qrupunun (BBQ) hər hansı münaqişəni həll etmək statusu yoxdur» sərlövhəli məqalədə Ağanisə Sultanova yazır ki, son vaxtlar 2006-cı ilin Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ili olduğu barədə fikirlər səslənir. Məqalədə bildirilir ki, başa çatmaqda olan 2005-ci ildə isə, artıq münaqişənin həllinə dair müəyyən irəliləyişlər var.



Müəllif yazır ki, Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib ki, 2005-ci ilin birinci yarısında problemin həllinə dair aparılan danışıqlar intensivləşmişdi. Beynəlxalq ictimaiyyət məsələyə daha çox diqqət yetirirdi. Müəllif yazır ki, səlahiyyətli qurumların gördüyü bütün bu işlərin fonunda BBQ-nin DQ münaqişəsinin həllinə dair hazırladığı sülh planı təşkilatın problem barədə ətraflı məlumata malik olmamasını göstərir.



«Üç nöqtə» qəzetindəki «Bir milyon dollarlıq narkotik maddə yandırıldı» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, noyabrın 23-də Səttərxan adına zavodda narkotik maddələr məhv edilib. Məqalədə bildirilir ki, 142 kiloqram müxtəlif növ narkotik maddənin əksəriyyəti marixuana olub. Müəllif yazır ki, son vaxtlar Azərbaycandan narkotiklərin tranziti prosesinin sürətlənməsindən narahatlıq keçirən bir sıra dövlət strukturları baş verənlərin araşdırılması üçün Dövlət Komissiyasının yaradılmasına ehtiyac olduğunu bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG