Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

MSK-dan son söz


Səs: Real audio
Andres Herkel seçkinin nəticələrinin Avropa Şurasıyla Azərbaycan arasında münasibətlərə təsirini istisna etmir Seçkidən dərhal sonra müxalifət səsvermə günü 21 mindən çox pozuntu qeydə alındığını bildirmişdi. MSK onlardan yalnız 540-a baxıb



Noyabrın 23-də Mərkəzi Seçki Komissiyası [MSK] 6 noyabr parlament seçkilərinin nəticələri ilə bağlı qərarını yekunlaşdırıb. Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəndən sonra seçkilər baş tutmuş sayılacaq. MSK-ya görə, 125 dairədən cəmi 4-də seçkilər etibarsız sayılır.



Seçkidən dərhal sonra müxalifət səsvermə günü 21 mindən çox pozuntu qeydə alındığını bildirmişdi. MSK onlardan yalnız 540-a baxıb.



MSK-ya şikayətlərin verilmə müddəti noyabrın 9-da rəsmi şəkildə başa çatıb. 540-a yaxın şikayət ayın 9-a kimi MSK-ya göndərilənlərdir.



«Azadlıq» blokunun seçki qərərgahının katibi Fəhmin Hacıyev hesab edir ki, MSK şikayətləri obyektiv şəkildə araşdırmayıb. MSK-nın fəaliyyəti ədalətin bərpa edilməsinə yox, mövcud reallıqlara, yuxarılardan verilən sifarişlərə söykənir.



Ancaq hakim Yeni Azərbaycan partiyasında [YAP] bunun əksini düşünürlər. Bu partiyanın icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, MSK-nın araşdırmalarını yalnız müsbət qiymətləndirmək olar. Çünki hansı dairə və məntəqədə pozuntular baş verməşdisə, o dairə və məntəqlərdə nəticələr ləğv edilib.



«YeS» bloku da MSK-nın fəaliyyətinə tənqidi yanaşır. Hər halda bu blokun həmtəsisçilərindən Eldar Namazov MSK-nın gördüyü işi müsbət qiymətləndirmir. O deyir ki, MSK saxtakarlıqların aradan qaldırılması üçün əlində olan imkanlardan istifadə etməyib. Yəni şikayətlər tam və ədalətli qaydada araşdırılmayıb. Eldan Namazov MSK-nı bir növ saxtakarlıqlara şərik sayır.



Seçkidən cəmi 5 gün əvvəl MSK şikayətlərin verilmə qaydası ilə bağlı təlimat qəbul edib. Komissiya üzvü Ənvər Əliyev deyir ki, bəzi insanlar bundan xəbərsiz olduğundan, şikayətlərin çoxunda təlimatda əks olunan qaydalara əməl edilməyib.



Bəzən isə şikayətlərə siyasi maraqlar baxımından yanaşılıb. Ənvər Əliyevin sözlərinə görə, «Azadlıq» blokunun namizədi Arif Hacılının böyük üstünlük əldə etdiyi 110 saylı Zaqatala seçki dairəsində nəticələr rayondan telefonla şikayətə görə ləğv edilib. Məhz o zəngdən sonra MSK müəyyən araşdırma apararaq həmin dairədə nəticələri ləğv edib. Amma 11 saylı Qaradağ, 59 saylı Salyan, 67 saylı Cəlilabad dairələri ilə bağlı çox ciddi şikayətlər olsa da, bunlara ciddi reaksiya verilməyib.



MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva isə deyir ki, təlimatdan məlumatsızlığa görə onlar məsuliyyət daşımırlar. Çünki həmin təlimat bütün rəsmi qəzetlərdə dərc edilib.
XS
SM
MD
LG