Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:08

TQDK yüksək bal toplayan abituriyentləri xalqa tanıdır


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» Bu il ali məktəblərə qəbul olmaq üçün sənəd verən 100 mindən çox abituriyentin yalnız 1 faizi 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası [TQDK] "Abituriyent" jurnalının bu tələbələrə həsr olunan 11-ci sayını çap edib.



Komissiyanın sədri Məleykə Abbaszadə deyir ki, jurnalı çap etməkdə əsas məqsəd yüksək bal toplayan abituriyentləri ictimaiyyətə tanıtmaq və yeniyetmələrdə təhsilə marağı artırmaqdır. Məleykə Abbaszadə abituriyentləri test banklarını alarkən diqqətli olmağa, saxta test kitabçalarını almamağa da çağırdı:



"Test bankı hər il təxminən 15-20 faiz dəyişir, çünki proqramlar, dərsliklər dəyişir və biz bunun hamısını nəzərə alırıq. Amma köhnə nəşrləri saxtalaşdıran şəxslər onu satırlar və müəyyən dərəcədə abituriyentlərə imtahanlara hazırlaşmaqda zərər vururlar".



Magistraturaya əlavə qəbulun keçirilməsinə gəlincə isə, komissiya sədri deyir ki, bu barədə noyabrın sonunda qərar qəbul olunacaq:



"Noyabır ayında kafedra nümayəndələri ilə iclas keçirəcəyik və qərar qəbul edəcəyik".
XS
SM
MD
LG