Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:57
Rubrikalar

Bakıda «Türk inşaat» sərgisi keçiriləcək


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» - Noyabrın 29-da Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində «Türk inşaat və inşaat materialları» sərgisi keçiriləcək. Türkiyənin Bakıdakı səfirliyinin ticarət müşavirliyinin yaydığı məlumata görə, dekabrın 2-ə kimi davam edəcək sərgiyə 75 şirkət qatılacaq.



Sərgidə tikinti materialları, iş və qaynaq maşınları, şüşə, mərmər, qranit, daş texnologiyaları nümayiş olunacaq. Sərgi Türkiyənin «Exrotim» şirkətinin təşkilatçılığı və Xarici Ticarət İdarəsinin dəstəyi ilə təşkil olunur.



- Noyabrın 25-də MDB hökumət başçıları vahid elektroenergetika bazarının formalaşdırılması konsepsiyasını nəzərdən keçirəcəklər. "Em-Pi-Ey" agentliyinin məlumatına görə, bu haqda Kişinyovda MDB icraçı katibi Vladimir Ruşaylo məlumat verib.



Yığıncağın gündəminə 30 maddə, o cümlədən 2010-cu ilədək MDB və üçüncü ölkələrin bazarına daxil olmaq üzrə tədbirlər kompleksi, gənclərlə iş sahəsində əməkdaşlıq və insan alverinə qarşı mübarizə daxildir.



- Milli Bankının məlumatına görə, noyabrın 23-də 1 ABŞ dolları 4 593, 1 avro 5 425, 1 rus rublu ısə 159 manat olub.
XS
SM
MD
LG