Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:25

BBQ-nin rəsmisi: «Bəzi dövlətlər Azərbaycanda neft, yoxsa demokratiya seçimi qarşısındadır»<p align=`left`><br><br>


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» «Avropa və digər ölkələrin Bakıdakı səfirləri seçkiylə bağlı mütəmadi keçirdikləri görüşləri rəsmiləşdirmək üçün İşçi Qrup yaratmalıdır».



Bunu noyabrın 23-də keçirdiyi mətbuat konfransında Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabin Frayzer «Azadlıq» radiosunun sualına cavab verərkən dedi: «Əgər səfirlər görüşlərinə bir ad versələr, məsələn, bunu İşçi Qrup adlandırsalar, Azərbaycanda hamıya aydın olar ki, onlar birlikdə işləyir, hökumətə və müxalifətə birgə tövsiyələr verir. Yəni, səfirlərin fəaliyyəti üzə çıxar, səsləri güclü eşidilər. 2003-cü ildə Gürcüstanda belə bir İşçi Qrup yaradılmışdı. Təcrübə göstərdi ki, bu qurum hökumət, müxalifət və seçki rəsmiləri arasında əlaqələri asanlaşdıran vasitə rolunu oynadı».



Xanım Frayzer hökumət rəsmilərinin ictimai qurum olduğundan BBQ-nun tövsiyələrinə münasibət bildirməməsini «hesabat hökumət əleyhinə yönəlməyib, məqsəd rəsmiləri islahatlar keçirməyə sövq etməkdir» şəklində cavablandırdı.



Sabin Frayzer bəzi dövlətlərin Azərbaycanda neft, yoxsa demokratiya seçimi qarşısında qaldığını da bildirdi.



BBQ noyabrın 21-də yaydığı hesabatda Azərbaycandakı parlament seçkisini demokratiyaya doğru itirilmiş imkan adlandırıb. Qurum bildirib ki, bəzi islahatlara, prezident sərəncamlarına baxmayaraq, seçkidə pozuntular baş verib.



BBQ-nin Qafqaz üzrə layihə direktoru bildirir ki, hesabat ABŞ administrasiyasına, nüfuzlu şəxslərə paylanıb.
XS
SM
MD
LG