Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Müxalifət işıqları bir dəqiqəliyə söndürməyə çağırır


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» Noyabrın 28-də axşam saat 8-də seçki saxtakarlığına etiraz edən hər kəs bir dəqiqəliyə işıqları söndürsün! «Azadlıq» blokuna daxil olan ADP, AXCP və Müsavat partiyalarının və bir qrup yerli hüquq-müdafiəçilərinin noyabrın 23-də keçirilən toplantısında bu qərara alındı. Təklif Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gəldi: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir».



Cənab Qəmbər «Azadlıq» və «Yeni Siyasət» bloklarının və Milli Birlik Hərəkatının bundan sonra da dinc mübarizə üsulundan istifadə edəcəyini bildirdi. «Avtoritar rejimdən demokratiyaya keçidin dinc variantı beynəlxalq birliyin iştirakı, dəstəyi ilə mümkündür. Əks təqdirdə, bu inqilabi yollarla baş verir. Biz və cəmiyyətin böyük hissəsi bunu istəmir» - deyə, Müsavat Partiyasının başqanı vurğuladı.



Hüquq-müdafiəçisi Novella Cəfəroğlu da dinc üsulları müdafiə etdiklərini dedi: «2003-cü ildə radikal addım atılandan sonra həbslər başladı, seçki kənarda qaldı. Axıra qədər dinc üsulla seçkinin saxtalaşdırıldığını çatdırmalıyıq».



Müxalifət növbəti yürüş-mitinqi noyabrın 27-nə təyin edib. Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, müraciətə hələ baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG