Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35
Rubrikalar

İsrafil Aşurlu Antarktidaya yollanır


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" - FIFA futbol üzrə dünya yığma komandalarının aylıq reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması noyabr ayında bir pillə yüksələrək 113-cü yerdə qərar tutub. Braziliya yığması əvvəlkitək birinci pillədədir.



- Azərbaycan Alpinizm Klubunun üzvü İsrafil Aşurlu noyabrın 26-da Antarktidaya yollanır. O, "7 zirvə" proqramının tərkbinidə bu dəfə 4897 metr yüksəklikdəki Vinson zirvəsinə qalxacaq. Alpinizm Klubunun sədri Səridan Mursaqulovun verdiyi məlumata görə, yürüş bir ay yarım davam edəcək.



"7 zirvə" proqramını inidyə qədər dünyada 12 alpinist həyata keçirib.



- Noyabrın 24-də kişi basketbol klubları arasında «Avropa Çağırış Kuboku» uğrunda yarışların sonuncu qrup oyunları keçiriləcək. Azərbaycanı təmsil edən «Qala» komandası Rusiyanın Perm şəhərində yerli «Ural-Qreyt» komandasıyla qarşılaşacaq. «Qala» bu görüşü qələbəylə başa vura bilsə, növbəti mərhələyə vəsiqə qazanacaq.



- Noyabrın 23-də Qazaxıstanın Almaatı şəhərində bilyardın "piramida" növü üzrə 6-cı dünya çempionatının startı verilib. Turnirdə Azərbaycanı bu ilki Avropa çempionatının gümüş mükafatçısı və «Qafqaz kuboku»nun sahibi Seymur Məmmədov, Azər Hacıyev və Seyhun Ağayev təmsil edir.



- Noyabrın 25-də Rusiyada şahmat üzrə Dünya Kuboku uğrunda turnirin startı veriləcək. 120-dən artıq şahmatçının qatılacağı turnirdə Azərbaycan şahmatçıları – Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Turnir dekabrın 17-dək davam edəcək.



- Oxatma üzrə Azərbaycan Kuboku uğrunda yarış sona çatıb. Turnirdə 30 idmançı mübarizə aparıb. Kişilər arasında 566 xalla Emil Akçurin, qadınlar arasında isə 559 xalla Svetlana Simonova birinci yeri tutub. Onlar noyabrın 25-də startı veriləcək beynəlxalq oxatma turnirində Azərbaycanı təmsil edəcəklər.
XS
SM
MD
LG