Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:30

100-ə yaxın məntəqənin nəticəsi ləğv edildi


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" Noyabrın 22-də Mərkəzi Seçki Komissiyası (MSK) iyirmidən artıq dairə üzrə yüzə yaxın məntəqənin nəticəsini ləğv etdi. Ancaq bu, MSK-nın elan etdiyi nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı.



Qurumun müxalifətdən olan üzvləri 119 saylı Ağdam kənd, 121 saylı Laçın, 22 saylı Nəsimi ikinci, 92 saylı Zərdab-Ucar, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə nəticələrin ləğv olunmasını tələb etsələr də, bu qəbul olunmadı.
XS
SM
MD
LG