Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:31

35 xarici universitetdən birində oxumaq şansı


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" Tələbələrin 35 xarici universitetdən birində bir semestrlik oxumaq şansı var. Həm də heç bir pul ödəmədən.



Bakı Təhsil Məlumat Mərkəzinin təqdim etdiyi "HESP Student Mobility" adlı bu proqramda həm bakalavr, həm də magistr dərəcəsində oxuyan tələbələr iştirak edə bilərlər. Mərkəzin direktoru Bahar Hacızadə belə deyir:



"Əgər Siz bakalavr və ya magistr dərəcəsində oxuyursunuzsa, 35 universitetdən birini seçə bilərsiz. Bu universitetlər Mərkəzi və Şərqi Avropa və keçmiş Sovet İttifaqının ən tanınmış universitetləridir".



Universitetlərin hər birində təhsil ingilis dilindədir. Tələbələr istədikləri universiteti seçib onun şərtləri ilə tanış ola bilərlər. Sənədlərin son qəbul tarixi də universitetlər üzrə müxtəlifdir. Təklif olunan təhsil ocaqlarının siyahısını Bakı Təhsil Məlumat Mərkəzinin saytından əldə etmək olar. Mərkəzin elektron ünvanı belədir: www.beic.aznet.org
XS
SM
MD
LG