Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12
Rubrikalar

Şəhriyar Məmmədyarov dünya çempionu oldu


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" - Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Türkiyədə 20 yaşa qədər gənclər arasında keçirilən dünya çempionatının qalibi olub. O, turniri 10 xalla başa vuraraq ikinci dəfə bu titulu qazanıb.



- Noyabrın 22-də Azərbaycanın kişilərdən ibarət basketbol komandası – «Qala» Rusiyaya yola düşüb. Belə ki, «Qala» noyabrın 24-də «Avropa Çağırış Kuboku» uğrunda yarışların sonuncu qrup oyununu keçirəcək. Azərbaycan basketbolçuları həmin gün «Ural Qreyt» komandasına qarşı oynayacaq. «Qala» bu matçı qələbəylə baş vura bilsə, növbəti mərhələyə vəsiqə qazanacaq.



- Ukraynada isə 23 yaşlı cüdoçular arasında Avropa çempionatı sona çatıb. Turnirdə Azərbaycanı 7 nəfər təmsil dib. Onlardan yalnız Kifayət Qasımova bürünc medal qazanıb.



- Lüksemburqda voleybol üzrə Avropa çempionatının 2006-2007-ci il mövsümünün püşkatması keçirilib. Azərbaycanın qadınlardan ibarət yığma komandası bu ilki Avropa çempionatında 4-cü yeri tutduğu üçün final mərhələsinə birbaşa vəsiqə qazanıb. Kişilərdən ibarət Azərbaycan komandası isə qrup yarışlarına düşmək üçün birinci təsnifat mərhələsində Avstriya kollektivi ilə qarşılaşacaq.



- Noyabrın 23-də Almaatıda bilyardın «Piramida» növü üzrə dünya çempionatının startı veriləcək. Azərbayanı üç bilyardçı – Seymur Məmmədov, Azər Hacıyev və Ceyhun Ağayev təmsil edəcəklər.
XS
SM
MD
LG