Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

«McDermott» Şirkətinin 2000-ə qədər fəhləsi tətil etdi


Səs: Real audio
İşçilər əmək haqlarının artırılmasını və şirkətdə Azərbaycan qanunlarına riayət olunmasını tələb edirlər Noyabrın 22-də «McDermott» Şirkətinin 2000-ə qədər fəhləsi tətil etdi. Onlar əmək haqlarının artırılmasını və şirkətdə Azərbaycan qanunlarına riayət olunmasını tələb etdilər. İşçilər həmçinin əmək şaraitinin ağırlığına, əcnəbi fəhlələrlə onlar arasında fərq qoyulmasına, mütəmadi olaraq azərbaycanlı işçilərin işdən azad edilməsinə də etiraz edirlər.



Fəhlələrin sözlərinə görə, işdən çıxarılmalar xəbərdarlıq edilmədən həyata keçirilir. Bu və digər neqativ hallara etiraz edəndə isə, rəhbərlik onları hədələyir.



İşçilər deyirlər ki, bu, xəbərdarlıq tətilidir. Əgər yenə nəticə olmasa, aksiya fasiləsiz olacaq. Onlar hökuməti də məsələyə müdaxilə etməyə çağırdılar.



Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə bildirir ki, belə hallar varsa, baxılmaq üçün müvafiq orqanlara müraciət edilməlidir.



«McDermott»un huquqşünası Devid Lipman isə jurnalistlərlə söhbətində dedi ki, əmək haqlarının indi artırılması mümkün deyil. Çünki şirkətdə bu məsələyə yalnız yanvar ayında baxılır. O ki, qaldı digər tələblərə, bununla bağlı aksiyaçıların nümayəndələrilə danışıqlar aparılır.



«McDermott» Şirkəti 1995-ci ildən «bp-Azərbaycan»ın baş podratçısıdır. Şirkət hazırda «Mərkəzi Azəri» və «Günəşli» yataqlarında hasilat platformalarının və sualtı qurğuların tikintisi ilə məşğuldur.



«McDermott»un 3000-ə yaxın işçisi var, onlardan 75 faizi azərbaycanlıdır.
XS
SM
MD
LG