Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Avropa Birliyi rəsmisi parlament seçkilərini irəliyə doğru addım sayır


Səs: Real audio
Yaxşı olar ki, Azərbaycandakı seçkiləri bundan əvvəlki seçki ilə müqayisə edək. Əlbəttə ki, beynəlxalq təşkilatların seçkidə pozuntularla bağlı dedikləri ilə hamı razılaşır. Amma Avropa Birliyi bütün məsələlərin qanun çərçivəsində, hüquq müstəvisində həllinə tərəfdardır Bunu Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye noyabrın 22-də keçirdiyi mətbuat konfransında söylədi.



Heyki Talvitiye əvvəlki seçkilərlə müqayisədə parlament seçkilərinin irəliyə doğu addım olduğunu bildirdi. Seçki zamanı qüsurlar olduğunu etiraf edən natiq həm iqtidar, həm də müxalifətin mübahisələri hüquqi müstəvidə həll etməli olduğunu nəzərə çatdırdı. Onun fıkrıncə, yaxşı olardı ki, Azərbaycan təkamül yolunu seçsin.



Bundan əvvəl Avropa Birliyinin nümayəndəsi «Azadlıq» və «Yeni Siyasət» seçki bloklarının və Milli Birlik Hərəkatının rəhbərləri ilə görüşüb.



«Yeni Siyasət» seçki blokunun həmtəsisçisi Eldar Namazovun sözlərinə görə, görüşdə parlament seçkisi və seçkisonrası vəziyyət, müxalifətin keçirdiyi kütləvi aksiyalar, eləcə də Azərbaycan-Avropa Birliyi münasibətlərinin perspektivləri haqda fikir mübadiləsi aparılıb.



Müsavat başqanı İsa Qəmbər isə deyirdi ki, Avropa Birliyinin seçkilə bağlı qiymətləndirməsi ATƏT-in Müşahidə Missiyasının rəyinə uyğundur.



Avropalı qonağın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və MSK sədri Məzahir Pənahovla da görüşləri olub.
XS
SM
MD
LG