Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

Ukraynanın Azərbaycanda yeni səfiri təyin edilib


Səs: Real audio
Amma bu, ilkin nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı Ukrayna prezidenti Viktor Yuşşenkonun 21 noyabr tarixli fərmanı ilə Stepan Volkovetskini bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



«AzərTAc» Agentliyi «Ukrinform»a istinadla xəbər verir ki, 58 yaşlı Volkovetski T.Şevçenko adına «Prosvita» Ümumukrayna Cəmiyyəti sədrinin müavini, prezident yanında Əfvetmə Komissiyasının və Ukrayna Xalq Partiyası Şurasının üzvüdür. O, Lvov Dövlət Universitetinin radiofizika və hüquq fakültələrini, Moskva Mədən İnstitutunun aspiranturasını bitirib.



1992-98-ci illərdə İvano-Frankovsk Vilayət Şurasının sədri, 1995-ci ilin iyulundan 1997-ci ilin fevralınadək həmin vilayətin İcra Hakimiyyətinin sədri, 1998-2003-cü illərdə Ukraynanın Gürcüstanda səfiri olub.
XS
SM
MD
LG