Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Rabitə naziri yeni televiziyaların açılmasında problem görmür


Səs: Real audio
Amma bu, ilkin nəticələrdə hər hansı dəyişikliyə səbəb olmadı Rabitə naziri Əli Abbasov deyir ki, Azərbaycanda yeni televiziyaların açılması üçün problem yoxdur. Nazir bildirir ki, televiziya və radio tezliklərində kifayət qədər yer var. O, tezliklər üçün nazirliyə Milli Teleradio Şurasından lisenziya aldıqdan sonra müraciət etməyin mümkünlüyünü söyləyir.



Bir qədər əvvəlsə, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli yeni televiziyalar üçün tezliklər probleminin olduğunu söyləmişdi. Nazirin açıqlamasından sonra isə cənab Məhərrəmli əvvəlki möqeyinə bir qədər də aydınlıq gətirir. O, deyir ki, Radiotezliklər uzrə Komissiya ildə bir dəfə boş tezliklərlə bağlı məlumatları Milli Teleradio Şurasına göndərməli, bu isə mətbuatda çap edilməlidir. N. Məhərrəmli bildirir ki, indiyəcən dəfələrlə müraciət olunmasına baxmayaraq, komissiya öhdəsinə düşən bu işi görməyib.



Dövlət Radiotezliklər Komissiyasından məsələyə hər hansı münasibət öyrənmək mümkün olmadı.



Mətbuat Şurasının üzvü Zeynal Məmmədli isə hesab edir ki, Azərbaycanın televiziya məkanında yeni və səviyyəli kanalların yaranması prosesinə süni maneələr yaradılır. Cənab Məmmədli bildirir ki, qanunvericiliyə görə, ildə bir dəfə Milli Teleradio Şurası telekanalların ödədiyi rüsumlar və boş tezliklərlə bağlı məlumat hazırlayıb ictimaiyyətə təqdim etməlidir. Bunun edilmədiyini bildirən Z.Məmmədli deyir ki, bu məsələdə adıçəkilən qurumla yanaşı, hökumətdəki bəzi dairələr də məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG