Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Fikrət Sadıqovun azad olunması haqda məlumatlar təsdiqlənmir


Səs: Real audio
Tanrıverdi Mustayayev bu rəqəmin artacağını istisna etmir «Azərkimya» Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda məlumatlar rəsmən təsdiqlənmir. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev xəbəri nə təsdiq, nə də təkzib edir.



Bu il oktyabrın 28-də Fikrət Sadıqovun deputat toxunulmazlığı ləğv edilib, ardınca isə o, həbs olunub. Cənab Sadıqov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israf etmə, iğtişaşa hazırlıq və hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda şübhəli bilinir. Bir sıra yerli mətbuat vasitələri «Azərkimya»nın keçmiş prezidentinin azdlığa buraxıldığını bildirirlər.



Dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə təqsirləndirilərək həbs olunmuş digər sabiq – Səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev isə müdafiə etdiyi şəxs haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib. Ötən həftə cənab İnsanovun səhhətinin pisləşməsi barədə məlumatlar yayılıb.



Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə hələ də susmaqda, iqtintaqa ifadə verməməkdə davam edir.



«Human Rights Watch» Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatının ötən həftəsonu yaydığı hesabatda Azərbaycan hökumətinə tövsiyə edilir ki, dövlət çevrilişinə cəhddə ittiham olunan şəxslər ya tezliklə beynəlxalq standartlara uyğun mühakimə edilməli, ya da azad olunmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG