Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

«Barmek» 10 minə qədər abonentin işığını kəsib<p align=`left`><br><br>


Səs: Real audio
Tanrıverdi Mustayayev bu rəqəmin artacağını istisna etmir Bakı və ətraf rayonlarda 10 minə qədər abonent işıqsız qalıb. Məlumatı «Barmek-Azərbaycan» Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tanrıverdi Mustayayev verdi.



Şirkət elektrik istifadəsinə görə borclu olan abonentlərə beş gün vaxt vermişdi. İşıqların kəsilməsi də həmin vaxtın başa çatması ilə əlaqədardır.



Tanrıverdi Müstafayev bildirir ki, Bakı şəhəri üzrə «Barmek»in 500 minə yaxın abonenti var. Onlardan 430 mini sıravi vətəndaşlardır: «Bu abonentlərdən 40 minə qədər «Barmek»in fəaliyyət göstərdiyi 4 il ərzində bir manat da işıq pulu ödəməyib».



Cənab Mustafayev yaxın günlərdə işıqları kəsilənlərin sayının artacağını da istisna etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG