Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09
Rubrikalar

AFFA xarici mütəxəssis axtarır


Səs: Real audio
Onlar MSK-nın noyabrın 26-da verəcəyi qərarı gözləyirlər - Boks üzrə dünya çempionatında Azərbaycan yığması iki gümüş və bir bürünc medal qazanıb.



Finalda Romal Amanov [60 kq] kubalı İordanes Uqas Ernandesə uduzub. Elçin Əlizadə [91 kq] zədəsinə görə rusiyalı Aleksandr Alekseyevlə final görüşünə çıxmayıb. Emil Məhərrəmov isə [64 kq] bürünc medal qazanıb.



- AFFA-nın baş katibi Fuad Əsədov ölkə yığmasına baş məşqçi postuna xarici mütəxəssis dəvət olunacağını istisna etmir. Onun "Trend" agentliyinə bildirdiyinə görə, futbol rəsmiləri bu post üçün namizədlərin axtarışıyla məşğuldur.



Fuad Əsədov deyir ki, məşqçinin adı gələn il açıqlana bilər. Həmin il həmçinin 2008-ci il Avropa çempionatına seçmə turnirin püşkatması keçiriləcək.



- Noyabrın 25-26-da Moskvada MDB, Baltikyanı və Şərqi Avropa ölkələrinin taekvondo üzrə açıq çempionatı keçiriləcək. Yarışda Azərbaycanı Elnur Amanov, Fuad Nuriyev, Rəşad Əhmədov və Ruslan İbrahimov təmsil edəcək.



- İzmirdə bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycandan Zeynəb Cavadlı 36 idmançı arasında 13-cü yeri tutub.



Dekabrın 7-9-da isə bədi gimnastika üzrə Azərbaycan birinciliyi keçiriləcək.
XS
SM
MD
LG