Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Bakı Uşaq Teatrı çilovlu uşaqların bayramlarını təbrik etdi


Səs: Real audio
Onlar MSK-nın noyabrın 26-da verəcəyi qərarı gözləyirlər Bakı Uşaq Teatrı noyabrın 21-də Çilov adasına səfərdən qayıdıb. Kollektiv səfər müddətində çilovlu uşaqlara "Turp", "Əyləncəli oyunlar" və "Sehrli çarıqlar" tamaşalarını təqdim ediblər.



Teatrın rəhbəri İntiqam Soltanlı bu səfərlə uşaqların Dirçəliş və Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi bayramlarını təbrik etdiklərini deyir:



"Səfərdə məqsəd 17 noyabr Milli Dirçəliş günü və 20 noyabır Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü ilə bağlı Çilov adasında yaşayan ailələrin uşaqları üçün tamaşa göstərmək idi. Görüş çox maraqlı keçdi".



İntiqam Soltanlının sözlərinə görə, teatrın Azərbaycanın bütün bölgələrinə səfər etmək niyyəti var. Növbəti qastrol səfəri Səlyan və Saatlı rayonlarına planlaşdırılır.
XS
SM
MD
LG