Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:51

Dairə komissiyası üzvünü Bakıya buraxmırlar


Səs: Real audio
Onlar MSK-nın noyabrın 26-da verəcəyi qərarı gözləyirlər Noyabrın 20-də 2 saylı Şərur Dairə Seçki Komissiyasının (DSK) üzvü, yekun protokollara imza atmaqdan imtina etmiş Səbuhi Məhərrəmlinin Naxçıvandan Bakıya gəlişinə icazə verilməyib. Muxtar Respublika Hava Limanında saxlanan cənab Məhərrəmliyə onun Naxçıvanı tərk etməsinə qadağa qoyulduğu bildirilib. Ancaq bu qadağanın kim tərəfindən və nə üçün verildiyi izah edilməyib.



Naxçıvan Hava Limanının Polis Bölməsindən xəbəri təsdiqləsələr də, cənab Məhərrəmlinin Bakıya gedişinə icazə verilməməsinin səbəbləri haqda açıqlama vermədilər.



Səbuhi Məhərrəmli Bakıya özünün dediyinə görə, seçki saxtakarlıqları ilə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün gəlirmiş. Komissiya üzvü artıq baş verənlərlə bağlı adıgedən quruma müraciət etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG