Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29
Rubrikalar

Vətəndaşın seçki ümidləri...


Səs: Real audio
Onlar MSK-nın noyabrın 26-da verəcəyi qərarı gözləyirlər Bu «Seçki Qatarı»nda:



- Yeni parlamentin fəaliyyət perspektivlərini araşdıracaq;



- Bütün Azərbaycanı bir dəfəyə qarış-qarış təkrar gəzəcəck;



- və vətəndaşın seçki ümidlərinin necə gerçəkləşdiyini eşidəcəksiz.



VƏTƏNDAŞIN SEÇKİ ÜMİDLƏRİ...



Masallının Ərkivan kəndində toydayıq. Sağ olsunlar, başları toya qarışsa da, «Seçki Qatarı»na vaxt ayırdılar. Məsələn, təzəbəy dedi ki, Rusiyada işləyən bütün azərbaycanlılar kimi o, da Azərbaycanda güzaranın yaxşılaşmasını istəyir ki, qürbətdə qalmasın. Amma bu seçkilərin demokratik olacağına o qədər də inanmır. Odur ki, toydan sonra xanımını da götürüb qayıdacaq Rusiyaya, işinin başına.



Düzü, Masallı camaatı seçkilərdən danışmağa o qədər də həvəsli deyildi. Başqa rayonlara nisbətən onları söhbətə çəkmək daha çətin oldu. Dedilər həqiqəti deyib bir parça çörəyimizə bais olmaq istəmirik, ağlınız başqa yerə getməsin, bura Masallıdır.



Tovuz sakinləri də iş istəyirdilər. Üstəlik, onlar deputatdan o qədər çox şey tələb etmirlər – camaatın dərdini hökumətə çatdıra bilsə, bəsdir.



Naxçıvanda seçkilərə əvvəldən inanmırdılar. Sakinlər deyirdilər ki, onsuz da Naxçıvanda qanunlar işləmir. Kasıb, nisgilli Naxçıvanda o qədər problem var ki, deputat canıyanan olmasa, çətin bu problemlərin öhdəsindən gələ.



Vaxtilə iri sənaye müəssisələri olan Gəncədə indi bircə alüminium zavodu işləyir, burada da cəmi 3000 nəfər çalışır. Bu şəhərin də ən böyük problemi işsizlikdir. Gəncənin gəncləri yeni parlamentdən iş yeri, bir də mənzil almaq üçün güzəştli kredit istəyirlər.



Sovet dövründə "gənclik şəhəri", "kimyaçılar şəhəri" kimi məşhurlaşan Sumqayıtdan indi ancaq uçuq-sökük zavod binaları, çoxdandır tüstüyə həsrət borular qalıb. Seçkidən əvvəl Sumqayıt əhalisi siyasi proseslərə biganə görünürdü. Yoxsulluq camaatı elə biganələşdirib ki, parlament seçkiləri yada düşmür. Onlar yeni parlamentdən əvvəlki şəhərlərini, firavan dolanışıq istəyirdilər.



Füzuli rayonundan köçkün düşüb İmişlidəki köçkün düşərgəsində məskunlaşanlar qəsəbədəki tibbi xidmətin səviyyəsinin düzəlməsini arzulayırdılar. Qamışdan və palçıqdan yapılmış evlərdə yaşayan köçkünlər yada seçkidən-seçkiyə düşdüklərini deyirlər.



Nəticələri ləğv olunduğu Zaqatala dairəsinin seçiciləri isə əvvəldən seçkilərin demokratik keçəyinə əmin deyildilər. Bu rayonun sakinləri elə qanunlar arzulayırdılar ki, əhalinin yaşayış səviyyəsini yaxşılaşdıra bilsin.



Seçki öncəsi Bakının Nardaran kəndi siyasi fəallığına görə başqa yerlərdən xeyli fərqlənirdi. Nardaran camaatı deyirdi ki, indiyədək sosial problemlərə, məsələn, qışı qazsız keçirməyə, kasıb yaşamağa birtəhər dözüblər. Amma səslərinin oğurlanmasına dözə bilməyəcəklər. Kənd sakinləri iddia edirdilər ki, seçki saxtalaşdırılsa, nəticələri qəbul etməyəcəklər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG