Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Naxçıvanda müxalifət seçkinin nəticələrinə etiraz edir


Səs: Real audio
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasında "Azad seçki", "Seçkilər yenidən keçirilsin" tələbilə növbəti icazəli yürüş-mitinq keçirildi Aksiya nəzərdə tutulandan yarım saat əvvəl AXCP Naxçıvan təşkilatının qərargahı qarşısında başlandı. Amma polis yürüşə hər hansı bir müdaxilə etmədi.



Mitinq icra hakimiyyətinin də təyin etdiyi kimi şəhərdən bir az aralıda yerləşən mərkəzi avtovağzalın qarşısında davam etdi. Mitinqdə "Azadlıq" blokuna daxil olan partiyaların fəalları ilə yanaşı, müstəqil namizədlər də iştirak edirdilər.



Demokrat partiyası Naxçıvan təşkilatının rəhbəri Nurəddin Bayramov bildirdi ki, bütün rayonlarda olduğu kimi Naxçıvan müxalifətçiləri də təzyiqlərə baxmayaraq Bakıda keçirilən mitinqlərə hər zaman dəstək verəcəklər.



Mitinq təyin olunan vaxtda başa çatdı.
XS
SM
MD
LG