Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

18 dairədə bəzi məntəqələrin nəticələri ləğv edildi


Səs: Real audio
Lakin bu, həmin dairələrdə seçkilərin ümumi nəticəsinə təsir etmir Mərkəzi Seçki Komissiyası [MSK] noyabrın 20-də keçirdiyi iclasında 18 dairədə bir neçə seçki məntəqələrinin nəticələrini ləğv etdi. Ancaq bu, həmin dairələrdə seçkilərin ümumi nəticəsinə təsir etmir.



MSK katibi Vidadi Mahmudlu isə 98 saylı Şəmkir seçki dairəsində baş vermiş qanunzuluqların prokurorluqda araşdırılmasını vacib saydı:



«Noyabrın 5-də dairə seçki komissiyasının üzvlərinə 300 dollar rüşvət təklif edlib. Komissiyanın üç üzvü bununla bağlı rayon prokurorluğuna müraciət edib, həmin pulları prokuroruğa da təqdim edib».



MSK sədri Məzahir Pənahov şikayətin prokuroruğa göndəriləcəyini bildirdi. O, deyir ki, şikayətlər araşdırılarkən seçki günü polisin seçkiyə müdaxiləsi barədə məlumatlar təsdiq olunmayıb:



«Hələlik polis müdaxiləsi ilə bağlı faktların olması haqqında müraciət olmayıb. Ramil Usubov da məndən xahiş etmişdi ki, polislə bağlı şikayət varsa, araşdırılsın».



MSK-ya seçki pozuntuları ilə bağlı 538 şikayət daxil olub. MSK-dan verilən məlumata görə, komissiya hər gün işləyəcək və noyabrın 26-a qədər həmin şikayətlər haqqında qərar çıxarılacaq.



İndiyə qədər üç dairədə seçkinin ümumi nəticələri ləğv olunub. Bəzi dairələrdə isə ümumi nəticələrə təsir etməsə də, xeyli məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG