Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44
Rubrikalar

Cənubi Qafqaz və korrupsiya

  • Andrey Babitski

Səs: Real audio
66 saylı dairədə seçkinin nəticələrinin ləğvi tələbilə Biləsuvarda 10-dan çox adam aclığa başlayıb - Gürcüstanda son iki ildə baş verənlər korrupsiyaya necə təsir edib?



"Sosial Təşəbbüslər Tərəfdaşlığı" qeyri-hökumət təşkilatının rəhbəri Devi Xeçinaşvili: - Bizdə çox maraqlı situasiya yaranıb. Əvvəl 2-3 lariyə gördüyün işi indi etmək mümkün deyil. Sistemdə iş dayanır, çünki almırlar. Amma etmirlər də. Hər inqilabdan sonra olduğu kimi Gürcüstanda da bərabərsizlik artıb. Dünya bizimkilərə, bir də sizinkilərə bölünüb.



- Niyə Ermənistan Qafqaz ölkələri arasında ən yaxşısıdır? Yəqin, obyektiv göstəricilər var?



Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Aqasi Yenokyan: - Bilmirəm niyə belə yaxşı göstəricilər var. Mənim məlumatıma görə, Ermənistan son 1 ildə korrupsiyanın çoxaldığı 10 ölkədən biridir. Və mən bilirəm niyə. Ermənistanda monopoliyalaşma gedir. Bir də ki, vəzifədə olan bilir ki, o, öz bacarığına görə yox, şefi belə istədiyi üçün vəzifədədir. Şefinə minnətdar olmalı, pul yığmalıdır.



- Bəs Azərbaycanın korrupsiyaya görə Qafqazda ən pis mövqedə olmasını nəylə izah olunur?



"Turan" informasiya agentliyinin eksperti Samir İsmayılov: - Azərbaycanda korrupsiyanın səviyyəsi Ermənistandan da, Gürcüstandan da ona görə artıq ola bilər ki, Azərbaycan onlardan daha varlıdır. Amma Azərbaycan da keçən illə müqayisədə reytinqini yaxşılaşdırıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG