Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Dialoq, yoxsa etimadsızlıq?


Səs: Real audio
66 saylı dairədə seçkinin nəticələrinin ləğvi tələbilə Biləsuvarda 10-dan çox adam aclığa başlayıb «Panorama»nın bu şənbə qonaqları Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə və Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Mustafayevdir.



Söhbətdə həmçinin «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu və «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu da iştirak edir.



Bu günlər ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi iqtidarla müxalifət arasında yenidən dialoqun bərpa edilməsinin vacibliyindən danışıb. Bu dəfə «Panorama»da seçkidən sonra dialoqa şəraitin olub-olmaması müzakirə edilir.



AXCP sədrinin müavini Fuad Mustafayev deyir ki, seçki pozuntularının obyektiv şəkildə araşdırılması dialoq üçün çox böyük zəmin ola bilər. Onun sözlərinə görə, MSK hakimiyyətin iradəsi ilə fəaliyyət göstərdiyindən, bunu həyata keçiriə bilmir.



Fuad Mustafayev qeyd edir ki, əgər beynəlxalq ekspertlərin iştirakı ilə müstəqil bir komissiya yaradılsa, onda araşdırmalara təminat bərpa edilər. Əks halda, dialoq yox onun görüntüsü yaradılacaq.



YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də hesab edir ki, seçkinin nəticələrini birlikdə müzakirə etmək mümkündür. Ancaq o, nə belə bir komissiyanın yaradılmasını, nə də təkrar seçkilər təklifini mümkün sayır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG