Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:01

NATO Azərbaycandakı «melanj» ehtiyatlarını zərərsizləşdirəcək


Səs: Real audio
Təşkilat hökuməti 2008-ci il prezident seçkisinin azad və ədalətli keçməsi üçün islahatları vaxtında həyata keçirməyə çağırır «Gələn ilin mayından NATO Azərbaycandakı melanj raket yanacağı ehtiyatlarının zərərsizləşdirilməsi üzrə konkret işə başlayacaq. Bu sahədə Azərbaycan hökumətilə müqavilə imzalanıb».



NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons «Azadlıq» radiosunun sualına cavab verərkən belə dedi: «Biz NATO-nun Elm Komitəsi ilə belə bir razılığa gəlmişik ki, gələn ilin mayından başlayaraq bir il ərzində Azərbaycandakı iki böyük melanj yanacağı ehtiyatını gübrəyə çevirək. Bu, ətraf mühit üçün təhlükəsizdir. Melanjı yandırmaq da olar, ancaq bu təhlükəlidir. Biz isə melanjı gübrəyə çevirmək mexanizmi hazırlamışıq».



Zəhərli və qeyri-sabit maddə olan melanj insan sağlamlığı və ətraf mühit üçün təhlükəli sayılır. Bir müddət bundan əvvəl NATO xəbərdarlıq etmişdi ki, Azərbaycanda melanj raket yanacağı saxlanan sahələr bütün region üçün təhlükə yarada bilər.



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) isə Azərbaycanda iki yararsız melanj raket yanacağı sahəsinə texniki və maliyyə yardımı ayıracaq. Bu məqsədlə adıgedən təşkilatın ekspertləri bu yaxınlarda Bakıda olub.
XS
SM
MD
LG