Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56

<i>«Azadlıq»</i>: «Cəmiyyət özünün mübarizlik əmsalından daha çox, Qərbdən gələn reaksiyalara diqqət yetirir»


Səs: Real audio
"Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərində bəzi proseslərin tam qanunauyğun şəkildə keçməsi barədə deyilənlər bir qədər şübhə doğurur" «Bakı-Xəbər» qəzetindəki «ABŞ Azərbaycan hakimiyyətinin fırıldağına aldanmaq niyyətində deyil» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, son günlər Birləşmiş Ştatların seçkilə bağlı ciddi bir rəy bildirməməsi cəmiyyətdə narahatlıq doğurub. Məqalədə deyilir ki, hətta belə fikirlərə də rast gəlinir ki, Amerika Azərbaycanda maraqlarının müəyyən mənada sual altına düşməsinə razılaşıb. Müəllif yazır ki, ABŞ səfiri Rino Harniş qəzetlərdən birinə müsahibəsində bildirib ki, «biz Azərbaycan hökumətini iş görməyə çağırmışıq». Bu, məntiqi yanaşdıqda İlham Əliyev rejiminin seçki fırıldaqlarını pərdələməsinə bir zərbə idi. Səfir bununla hakimiyyətin bir neçə dairədə seçkinin nəticələrini ləğv etməklə, ədaləti bərpa etmək görüntüsü yaratmasına rəsmi Vaşinqtonun inanmadığını diplomatik formada çatdırmış oldu. Məqalədə bildirilir ki, hər halda cənab Harnişin «səslərin oğurlanmasında, protokolların dəyişdirilməsində hər cür ağılagələn fırıldaqlar edildi» ifadəsi iqtidarın beynəlxalq birliyə öz pərdələnmiş saxtakarlıq əməllərini təqdim etməsini ifşa etdi.



«Azadlıq» qəzetindəki «Qələbəyədək...Kimin öhdəsinə nə düşür?» başlıqlı məqalədə bildirilir ki, Azərbaycanda gedən psixoloji savaşın qarşı-qarşıya duran tərəfləri, yəni hakimiyyətlə müxalifət öz məqsədinə çatmaq naminə güzəştsiz mövqedə görünür. Məqalədə bildirilir ki, bu tərəflərdən başqa ortada proseslərə ciddi yön verə biləcək qüvvə də var - orbitr rolunda çıxış edən Qərb və Amerika. Məqalədə bildirilir ki, Azərbaycanda başlayan bu prosesə ABŞ-ın necə yanaşacağı bəlli deyil. Qəzet yazır ki, bu psixoloji mübarizənin tərəflərin birinin üstünlüyü ilə başa çatması Qərbin daha açıq bir ifadəsinə bağlıdır. Məqalədə bildirilir ki, Azərbaycanda vəziyyət elədir ki, cəmiyyət özünün mübarizlik əmsalından daha çox, Qərbdən gələn reaksiyalara diqqət yetirir. Bir qədər dərindən müşahidə edilsə, bunun da səbəbləri aydınlaşar. Azərbaycan cəmiyyəti öz fəhmi ilə yaxşı başa düşür ki, bu gün Qərbin verə biləcəyi hər hansı bəyanat anti-demokratik iqtidarla demokratik qüvvələrin mübarizəsində ya birincini, ya da ikincini qələbəyə yaxınlaşdıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG