Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06
Rubrikalar

Noyabrın 20-ə kimi pul ödəməyənlərin işığı kəsiləcək


Səs: Real audio
"Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərində bəzi proseslərin tam qanunauyğun şəkildə keçməsi barədə deyilənlər bir qədər şübhə doğurur" - Noyabrın 29-da Vaşinqtonda Azərbaycan və ABŞ hökumətləri arasında iqtisadi islahatlara yardım və əməkdaşlığa dair işçi qrupunun növbəti iclası keçiriləcək.



Maliyyə Nazirliyindən verilən məlumata görə, iclasda ölkədə makroiqtisadi mühit, Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı, neft gəlirlərindən səmərəli istifadə və onların idarə olunmasında şəffaflıq, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi, korrupsiyaya qarşı mübarizə və bu kimi başqa məsələlərin müzakirəsi nəzərdə tutulur.



- Noyabrın 20-ə kimi pul ödəməyən abunəçilərin elektrik enerjisi təchizatı dayandırılacaq. Bu barədə «Barmek Azərbaycan» şirkətindən açıqlama verilib.



- Azərbaycan prezidenti İlham Əliyevin sərəncamıyla Gündüz Məmmədov Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri təyin edilib.



- Noyabrın 18-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 594, 1 avro 5 384, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG