Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:24

Monitorinq Qrupu əksər KİV-lərdə Kodeksin pozulduğunu bildirir


Səs: Real audio
Davranış Kodeksini ən çox pozanlar Lider TV, «Reytinq», «Səs» və «Yeni Müsavat» qəzetləridir Avropa Şurasının dəstəyilə Azərbaycan mediasının seçki dövründə Davranış Kodeksinə (DK) nə dərəcədə əməl etməsini araşdıran Monitorinq Qrupu belə qənaətə gəlib ki, dövlət büdcəsindən maliyyələşən televiziyalar – AzTV və İTV daha çox hakimiyyətin mövqeyini dəstəkləyən materiallar efirə veriblər. Müxalifətin keçirdiyi tədbirlər isə, ya diqqətdən kənarda qalıb, ya da qərəzli yöndən təqdim edilib. Monitorinq Qrupunun yekun hesabatında deyilir ki, eyni qüsurlar dövlət büdcəsindən maliyyələşən qəzetlərdə də müşahidə olunub. Vətəndaşlardan toplanan vergilər hesabına maliyyələşən bu media orqanları fikir müxtəlifliyinə, cəmiyyətdəki fərqli baxışlara kifayət qədər yer ayırmayıblar.



Monitorinq Qrupunun rəhbəri Zeynal Məmmədli deyir ki, reklam materiallarının redaksiya mövqeyindən fərqləndirilməsi öhdəliyinə yalnız ANS TV əməl edib. Amma digər televiziyalarda da bu sahədə irəliləyiş hiss olunub. Cənab Məmmədli monitorinqin nəticələrinə əsaslanaraq bildirdi ki, mətbuata nisbətən daha böyük auditoriyası olan televiziyalar seçki ilə bağlı müzakirələrə, debatlara geniş yer ayırmayıblar.



Monitorinqin nəticələrinə görə, seçki kampaniyası dövründə Davranış Kodeksini ən çox pozan Lider TV olub. Yekun rəyə görə, «Reytinq», «Səs» və «Yeni Müsavat» DK-ni ən çox pozan qəzetlərdir. Davranış Kodeksinə ən çox sadiq qalan qəzetlər isə «Gün-Səhər», «Ayna» və «Exo»dur.



Hesabatda adı hallanan Lider TV monitorinqin nəticələrini şərh etmək istəməyib. İTV-nin direktoru İsmayıl Ömərov isə bu cür monitorinqlərin nəticələrinə şübhə ilə yanaşır.



Avropa Şurası Baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Mats Lindberq isə deyir ki, monitorinqin Azərbaycan mediasına böyük xeyri dəyib, mediada Davranış Kodeksinin müddəalarına daha diqqətlə yanaşma meyli müşahidə edilib.



Davranış Kodeksini Azərbaycan KİV-ləri bu il iyulun 13-də Avropa Şurasının təşəbbüsü ilə imzalayıblar.
XS
SM
MD
LG