Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

AMİP «YeS»i tərk edə biləcəyini deyir


Səs: Real audio
Partiyanın sədri Əli Əliyev: «Hər şey blokun seçkisonrası mərhələdə atacağı addımlardan asılıdır» Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) «Yeni Siyasət» blokunun sıralarını tərk edə bilər. Partiyanın sədri Əli Əliyev deyir ki, hər şey blokun seçkisonrası mərhələdə atacağı addımlardan asılı olacaq. Onun sözlərinə görə, əgər blok etiraz aksiyalarında iştirakdan imtina etsə, AMİP «YeS»lə münasibətləri yenidən müzakirə edəcək.



«YeS»in təsisçilərindən biri olan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə deyir ki, bu haqda qərar blokun yaxın günlərdə keçiriləcək müzakirələrindən sonra bəlli olacaq.



«Yeni Siyasət» seçki bloku Milli İstiqlal, Sosial Demokrat, Milli Hərəkat partiyaları və bir sıra keçmiş dövlət məmurları tərəfindən təsis olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG