Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

ATƏT-in Bakı Ofisi dialoqun bərpasını vacib sayır


Səs: Real audio
Laiyhə 16 aya 6 milyon kvadratmentr ərazinin təmizlənməsini nəzərdə tutur ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi iqtidarla müxalifət arasında dialoqun bərpa olunmasını vacib sayır. O, noyabrın 18-də mətbuata açıqlamasında bildirdi ki, iki ay əvvəl dialoqun yarımçıq qalması razılıq üçün şəraitin olmamasıyla bağlı olub. Ancaq indi tərəflər istəsələr, konstruktiv dialoqun baş tutması mümkündür: «Biz dialoqun yenidən başlamasından çox məmnun olardıq. Ancaq bu, hökumət və müxalifətdən asılı olan məsələdir».



Cənab Pavesi onu da dedi ki, tərəflər onlara müraciət etsə, ATƏT-in Bakı Ofisi dialoqun təşkilatçılığını öhdəsinə götürə bilər. O, görüşün mövzusunu tərəflərin müəyyənləşdirməli olduğunu da sözlərinə əlavə etdi.



Parlament seçkisindən sonra həm iqtidar, həm də müxalifət nümayəndələri bir-birini dialoqa dəvət etsələr də, onun baş tutması üçün heç bir konkret addım atmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG