Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:59

İnsan Haqları üzrə Magistr Proqramı


Səs: Real audio
Laiyhə 16 aya 6 milyon kvadratmentr ərazinin təmizlənməsini nəzərdə tutur İnsan haqları sahəsində magistr pilləsini Böyük Britaniyanın Esseks Universitetində oxumaq şansı yaranıb. Özü də pulsuz. Bunun üçün Bakı Təhsil Məlumat Mərkəzinin elan etdiyi Esseks İnsan Hüquqları Proqramında qalib gəlmək lazımdır.



Mərkəzinin direktoru Bahar Hacızadə deyir ki, proqramda təkcə hüquq fakültəsinin məzunları deyil, digər sahələr üzrə də təhsil alanlar iştirak edə bilərlər. Amma seçim zamanı insan hüquqları sahəsi ilə əlaqəsi olanlara üstünlük veriləcək:



"Komissiya tələbələri seçəndə onların insan hüquqları sahəsində fəaliyyətini nəzərə alacaq. Ya bu sahədə çalışan və bu mövzuda diplom işi yazan, ya da başqa cür bu sahə ilə bağlı olanlara üstünlük veriləcək".



Bahar Hacızadə deyir ki, iştirak etmək istəyənlər yanvarın 26-dək sənədləri Bakı Təhsil Mərkəzinə təqdim etməlidir. Sənədlərə Esseks Universitetinin professorları baxacaq və seçdikləri tələbələrdən özləri müsahibə götürəcəklər. Üçüncü mərhələdə isə tələbələr "British Council"da ingilis dilindən test imtahanı verəcəklər. Bahar Hacızadə iştirakçılardan üçünün Esseks Universitetində oxumaq şansının olduğunu deyir.
XS
SM
MD
LG