Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:09

Polis «Azadlıq» blokuna xəbərdarlıq etdi


Səs: Real audio
Oturaq aksiyaya və meydanda çadır qurulmasına imkan verilməyəcək Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi «Azadlıq» seçki blokunun Mitinq Komitəsinin üzvləri noyabrın 18-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunaraq, 19 noyabr mitinqində qanunsuzluğa yol verməməklə bağlı xəbərdar olunublar.



Görüşdə BŞBPİ-nin rəisi Məhərrəm Əliyev, onun müavini Yaşar Əliyev, Bakı Şəhər prokurorunun müavini Hafiz Babayev, eyni zamanda blokun Mitinq Komitəsinin üzvləri Həsən Kərimov, Məmməd Zeynalov və Nurəddin İsmayılov iştirak ediblər.



Həsən Kərimov deyir ki, BŞBPİ rəhbərliyi oturaq aksiya keçirməyə və ya meydanda çadır qurulmasına imkan verilməyəcəyini bildirib. Mitinq Komitəsinin üzvləri isə bu haqda hələlik qərar qəbul olunmadığını deməklə kifayətləniblər.



Cənab Kərimovun sözlərinə görə, Məhərrəm Əliyev aksiyanın təhlükəsizliyini təmin edəcəklərinə söz verib. Mitinq iştirakçılarını isə qanunu pozmamağa, hər hansı insidentə yol verməməyə dəvət edib.
XS
SM
MD
LG