Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:49

Qubad İbadoğlu «PA Consulting Group»u məhkəməyə verir


Səs: Real audio
«Dalğa» Gənclər Təşkilatının rəhbəri Ramin Hacılı: «Bu, sovet dövründən qalma metoddur» «Azadlıq» seçki blokunun 84 saylı Füzuli seçki dairəsindən namizədi Qubad İbadoğlu «exit-poll» (çıxışda sorğu) aparmış ABŞ-ın «PA Consulting Group» şirkətini məhkəməyə verməyə hazırlaşır.Cənab İbadoğlu deyir ki, 84 saylı dairənin 8, 20 və 25 saylı məntəqələrində sorğunu Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də məntəqə sədrinin qohumları keçiriblər. Bu isə «PA Consulting Group»un prinsiplərinin pozulmasıdır. O, bu həftənin sonuna kimi şirkət və ya ABŞ-ın Azərbaycandakı səfirliyi müraciətlərinə cavab verməyəcəyi təqdirdə, problemi məhkəmə yolu ilə araşdırmağa çalışacağını bildirir.



«PA Consulting Group» artıq Azərbaycanı tərk etdiyindən deyilənlərə Birləşmiş Ştatların Bakıdakı səfirliyi münasibət bildirdi. Ordan verilən məlumatda deyilir ki, şirkət həmişə və hər yerdə «exit-poll»u dörd prinsipə - yüksək peşəkarlıq, şəffaflıq, neytrallıq və anonimlik əsaslanaraq keçirir. «PA Consulting Group» Azərbaycanda da bu prinsiplərə sadiq qalıb.
XS
SM
MD
LG