Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:46

Mitinqə gedən tələbələrin cəzalandırılacağı deyilir<p align=`left`><br><br>


Səs: Real audio
«Dalğa» Gənclər Təşkilatının rəhbəri Ramin Hacılı: «Bu, sovet dövründən qalma metoddur» Təhsil Nazirliyi mitinqlərə gedən tələbələrə xəbərdarlıq edib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bayram Hüseynzadə deyir ki, dərs vaxtı və dərsdən sonra qanunsuz mitinqlərə qatılan tələbələr haqqında tədbir görüləcək. O, «Dalğa» Gənclər Təşkilatını gəncləri pulla aksiyalara cəlb etməkdə suçlayır: «Bir neçə tələbə bizə müraciət edib ki, «Dalğa» adlı təşkilat onları pulla mitinqlərə çağırır. Biz də bunları nəzərə alıb tələbələrə xəbərdarlıq etdik ki, əgər aksiyalarda iştirak etsələr, onların barəsində ciddi tədbir görüləcək».



«Dalğa» Gənclər Təşkilatının rəhbəri Ramin Hacılı isə deyilərləri qəbul etmir: «Bu, Təhsil Nazirliyinin sovet dövründən qalma metodudur. Ola bilər ki, kimlərisə üzümüzə də durmağa məcbur etsinlər. Ancaq belə şey olmayıb. 18 yaşlı tələbə həm də vətəndaşdır. «Dalğa»nın üzvləri vətəndaş kimi meydana çıxırlar. Bu isə Konstitusiya və qanunlara uyğundur».



Müstəqil hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, «Təhsil haqqında» qanuna görə, tələbələrin dərslərdə iştirakı məcburidir, dərsdən sonra isə onlar sərbəstdirlər: «Konstitusiyanın 28-ci maddəsinə görə, Azərbaycan vətəndaşı ölkə ərazisində sərbəst hərəkət edə, istədiyi yerə gedə, hüquq və azadlığını həyata keçirə bilər. Hüquq və azadlıqlar yalnız qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. Tələbələrin kütləvi tədbirlərdə iştirakının məhdudlaşdırılmasıyla bağlı qanunvericilikdə hər hansı normaya rast gəlməmişəm».



Müxalifətin seçki saxtakarlıqlarına qarşı noyabrın 9-u və 13-də keçirdiyi etiraz yürüş-mitinqlərində tələbələr də iştirak ediblər. Həmin aksiyalar isə Bakı Şəhər İcra Hakimiyyətinin razılığıyla baş tutub.
XS
SM
MD
LG