Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:10
Rubrikalar

Voleybolçular Gəncəyə toplaşır


Səs: Real audio
Yeni parlamentə getmək istəyənlər də var, istəməyənlər də - Noyabrın 17-də Ukraynada 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının startı verilib. Kiyevdə Azərbaycanı Zaur Bağırlı, Namiq Sultanov, Müseyib Cəfərov, Ramin Qurbanov, Qədir Qədirov, Sona Əhmədli və Kifayət Qasımova təmsil edir.



- Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib. Sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mübariz İbrahimovun verdiyi məlumata görə, bu qərar Qazaxıstanın paytaxtı Astanada keçirilən komitənin iclasında verilib.



- Noyabrın 18-də Cəncədə – Olimpiya Mərkəzində qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının startı veriləcək. Yarışda Bakının 4, Sumqayıt, Gəncə, Mingəçevir və Qaxın bir komandası iki qrupda mübarizə aparacaq. Qrup mərhələsində ilk üç yeri tutan komandalar digər qrupun təmsilçiləri ilə qarşılaşacaqlar.



- Çində boks üzrə dünya çempionatı davam edir. 87 ölkə idmançılarının mübarizə apardığı turnirdə 11 Azərbaycan boksçusundan dördü mübarizəni dayandırıb. Altı boksçu isə ilkin mərhələni qələbəylə başa vurub. Noyabrın 18-dən növbəti mərhələ oyunları başlayacaq.
XS
SM
MD
LG