Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:03

Müxalifətdə fikirlər haçalanır


Səs: Real audio
Yeni parlamentə getmək istəyənlər də var, istəməyənlər də «Azadlıq» blokunun 69 saylı Masallı-Cəlilabad-Biləsuvar seçki dairəsindən öndə olan namizədi Qulamhüseyn Əlibəyli baş verən saxtakarlıqlar tam aradan qaldırılmayana qədər yeni parlamentin iclasına qatılmayacağını bəyan edib. Noyabrın 16-da isə Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə görə, seçkidə qələbə çaldıqları güman edilən bu blokun digər namizədləri - Əli Kərimli, İkram İsrafilov, Pənah Hüseyn, Arzu Səmədbəyli və Milli Birlik Hərəkatının rəhbəri Lalə-Şövkət Hacıyeva eyni xarakterli bəyanat vermişdi.



Ancaq bununla belə, «Azadlıq» blokunun səs çoxluğu qazanan namizədləri arasında parlamentə gedib-getməməklə bağlı fikir ayrılıqları qalmaqdadır. AXCP sədrinin müavini Cəmil Həsənli və Müsavat Partiyası Divanının üzvü Nəsib Nəsibzadə hələ ki, sözügedən bəyanata imza atmayıblar. Cənab Nəsibzadə deyir ki, bununla bağlı şərh vermək istəmir.



«Yeni Siyasət» («YeS») blokunda isə bu məsələylə bağlı hər hansı fikir ayrılıqları yoxdur. Blokun Koordinasiya Şurasının iclasında deputat seçilən namizədlərin parlamentə getmələrinə razılıq verilib. Bunu isə blokun ilkin rəsmi nəticələrə görə, öndə olan namizədi Vahid Əhmədov deyir.



Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, «Azadlıq» blokundan 7-i, «YeS»dən 2-i, Milli Birlik Hərəkatından 1, Yeni Azərbaycan Partiyasından isə 59 namizəd öndədir.
XS
SM
MD
LG