Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:24

İslam ölkələrinin gəncləri arasında təcrübə mübadiləsi


Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir Azərbaycanlı gənclər Səudiyyə Ərəbistanından olan həmyaşıdları ilə dövlətin gənclərə qayğısı və bunun qanunlarda əksi məsələlərini müzakirə edəcəklər. Bu məqsədlə gənclərdən ibarət nümayəndə heyəti noyabrın 20-də Səudiyyə Ərəbistanına gedəcək. Heyətin tərkibinə Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri və fəal gənclər daxildir.



Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov deyir ki, əsəs məqsəd İslam ölkələrinin gəncləri arasında təcrübə mübadiləsi aparmaqdır.



"Gənclər qeyri-hökümət strukturlarında gənclərin rolu, dövlətin gənclərə qayğısı və qanunlarda bunların əks olunması məsələlərini müzakirə edəcəklər".



Raqif Abbasovun sözlərinə görə, nümayəndə heyətini Səudiyyə Ərəbistanının Gənclərə Qayğı Baş İdarəsi dəvət edib. Səfər noyabrın 28-də başa çatacaq.
XS
SM
MD
LG