Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Müxalifət MSK-nın şikayətləri araşdırmasına ehtiyac görmür


Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir Müsavat, AXCP və ADP-nin birləşdiyi «Azadlıq» seçki bloku beynəlxalq və yerli ictimaiyyətə müraciət etməyi qərara alıb. Blok üzvləri hesab edirlər ki, seçkinin nəticələrinin saxtalaşdırılmasında əli olduğunu güman etdikləri Mərkəzi Seçki Komissiyasının (MSK) şikayətləri araşdırmasına ehtiyac yoxdur.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu deyir ki, blok noyabrın 17-də keçirdiyi iclasında yeni seçkilərin keçirilməsi tələbiylə aksiyaların davam etdiriləcəyini bir daha bəyan edib. Noyabrın 19-da baş tutacaq mitinqin ardınca isə «Azadlıq» bloku noyabrın 23-nə daha bir etiraz aksiyası planlaşdırıb.



MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevsə, təmsil etdiyi qurumun ünvanına deyilənlərlə razılaşmır. Onun fikrincə, Azərbaycan siyasətçilərinin uduzmağı etiraf etmək bacarığı olmadığından bu cür ittihamlar ortaya çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG