Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

İlham Əliyev dünyanın üçüncü ən varlı adamı ilə görüşüb


Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir Prezident İlham Əliyev noyabrın 17-də dünyanın üçüncü zəngin adamı, dünyada ən böyük polad şirkəti sayılan “Mittal Stiil”in sahibi Lakşmi Mittalı qəbul edib.



Lakşmi Mittal İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq, Azərbaycan xalqını və dövlət başçısını Milli dirçəliş günü münasibətilə təbrik edib.



İlham Əliyev isə Lakşmi Mittalın dünyada çox məşhur bir iş adamı kimi tanındığını vurğulayaraq, onun Azərbaycana ilk səfərindən məmnunluq duyduğunu bildirib.



Cənab Mittal rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərməsi ilə bağlı arzularını prezidentə çatdırıb.



Dövlət başçısı bu məsələyə müsbət münasibət göstərdiyini qeyd edib və bildirib ki, “Mittal Stiil” şirkətinin Azərbaycanda fəaliyyət göstərmək niyyəti ölkədə sabitliyin bərqərar olmasına, yaxşı investisiya mühitinin mövcudluğuna dəlalət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG