Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

«Forum 18»: «Azərbaycanda dini icmalara qarşı təzyiqlər artıb»


Səs: Real audio
Təşkilat din azadlığının ən çox pozulduğu region kimi Naxçıvanın adını çəkir Mərkəzi Norveçdə yerləşən «Forum 18» Təşkilatı Azərbaycanda dini icmalara qarşı polis təzyiqlərinin artdığını deyir. Qurumun noyabrın 16-da yaydığı məlumatda bildirilir ki, xüsusilə yay düşərgələrində, açıq havada baptistlərə, bahailərə, «Yahova Şahidləri» və «Hare Krişna» icmalarına rəsmilər tərəfindən daha çox hücum edilir. Din azadlığının ən çox pozulduğu region kimi isə Naxçıvanın adı çəkilir.



Bəzi dini liderlər və insan haqları fəalları «Forum 18»in nümayəndəsinə deyiblər ki, bu ilin oktyabrın sonunda Azərbaycanda dini icmalara təzyiqlər azalıb, bu da hakimiyyətin öz namizədlərinə parlament seçkisində qələbə qazandırmaq üçün hazırlığıyla əlaqədar olub.



Hesabatda müxtəlif dini qurumların nümayəndələrinə istinadla onların qeydiyyatla bağlı problemləri, məruz qaldıqları cərəmilər misal çəkilir.



«Forum 18» dinşünas alim, Din və Demokratiya Mərkəzinin rəhbəri, eyni zamanda AXCP sədrinin din işləri üzrə müavini Nəriman Qasımoğlunun fikirlərinə də yer ayırıb. O, seçkiqabağı Göyçay və Yevlaxda dini söhbətlərinə problem yaradılmasından şikayətlənib. Cənab Qasımoğlu «Azadlıq» radiosuna müsahibəsində dini fəaliyyətinin məhdudlaşdırılmasını daha çox müxalif bloka mənsub olmasıyla izah edir.



«Forum 18» İnsan Haqları üzrə Beynəlxalq Deklarasiyanın 18-ci maddəsinin yerinə yetirilməsinə və dünyada din azadlığıyla bağlı məsələlərə diqqət yetirir. Qurumun bundan əvvəl yaydığı məlumatlarda özünü Azərbaycanda dini azlıqların nümayəndələri kimi təqdim edən şəxslər hüquqlarının tapdandığını bildiriblər.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə respublikada dini icmaların qeydiyyatıyla bağlı ümumilikdə problem olmadığını, sadəcə, onların müxtəlif prosedurlardan keçməli olduqlarını deyir.



Birləşmiş Ştatların Dövlət Departamenti isə bu il noyabrın 8-də dünyada din azadlığıyla bağlı növbəti hesabatında qeyd edirdi ki, sənədin əhatə etdiyi müddətdə Azərbaycanda din azadlığına hörmətdə dəyişiklik olmayıb. Bəzi dini qruplar qeydiyyatla bağlı problemləri olduğunu desə də, digərləri ya statuslarını rəsmiləşdirdiklərini, ya da hələ gözlədiklərini bildirirlər. Bəzi dini qurumlar dini ədəbiyyatı ölkəyə gətirə bildiklərini, digərləri isə hökumətin müdaxiləsi ilə üzləşdiklərini əlavə edirlər.



Dövlət Departamentinin hesabatına görə, dinini dəyişib, qeyri-islami təriqətələrə pənah gətirənlərə Azərbaycan cəmiyyətində əsasən mənfi münasibət mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG