Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Akademik Eldar Salayev həbsdən azad edildi<p align=`left`><br><br>


Səs: Real audio
Keçmiş Səhiyyə naziri Əli İnsanovun isə səhhətində problemlər yaranıb Noyabrın 16-da axşam Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) keçmiş prezidenti, akademik Eldar Salayev həbsdən azad edilib. Bu barəda Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib. Akademik haqqında həbs-qətimkan tədbiri dəyişdirilərkən onun səhhəti nəzərə alınıb. Onun vəkili Elçin Qəmbərovun sözlərinə görə, cənab Salayev Bakıda tam sərbəst hərəkət edə bilər. Ancaq kənara çıxmaq zərurəti yaranarsa, bu barədə polisə məlumat verməlidir.



Akademik «Azadlıq» radiosuna müsahibəsində həbsdə olduğu müddətdə azad edilməsi, zaminə götürülməsilə bağlı müxtəlif instansiyalara müraciət edən bütün şəxslərə minnətdarlığını bildirir. O, təcridxanada olduğu müddətdə heç bir xoşagəlməz halla qarşılaşmadığını bildirir və əlavə edir ki, bu müddət ərzində ona hörmətlə yanışılıb.



Akademik Eldar Salayev 14 il MEA-nın prezidenti vəzifəsində çalışıb.

O, oktyabrın 17-də ADP lideri Rəsul Quliyevin Bakıya dönməsilə bağlı planlaşdırıldığı iddia olunan dövlət çevrilişinin təşkilində ittiham olunan keçmiş Maliyyə naziri Fikrət Yusifovun izahatları əsasında saxlanılmışdı. Cənab Yusifov istintaqa verdiyi ifadəsində dövlət çevrilişinə cəhdin maliyyələşdirilməsi üçün müxtəlif məmurlardan yığdığı pulları Eldar Salayevə verdiyini bildirirdi.



Dövlət çevrilişinə cəhdi maliyyələşdirmkdə ittiham olunaraq həbs edilmiş keçmiş Səhiyyə naziri Əli İnsanovun isə səhhətində problemlər yaranıb. Cənab İnsanovun vəkili Toğrul Babayev belə deyir.



Eyni ittihamla həbs edilmiş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyev isə müdafiə ettiyi şəxsin işi ilə bağlı hələlik heç bir yenilik olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG