Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

6 noyabr seçkiləri xaricdə yaşayan azərbaycanlıların gözü ilə


Səs: Real audio
400-dən artıq sərnişin isə hələ də aeroportda gecələyir Bu dəfə "Qlobus"da:



- "London Türk" radiosunda Azərbaycan dilində proqram yayılmağa başlayıb;



- Böyük Britaniyaya gələn azərbaycanlılar bu ölkəyə necə uyğunlaşırlar;



- Azərbaycandakı parlament seçkiləri xaricdə yaşayan azərbaycanlıların gözü ilə



Qonaqlarımızın ikisi də Böyük Britaniyadandır – Londonda oxuyan Vüsal Həmzəyev və Londondan 150 kilometrlikdə yerləşən Sauthempton şəhərində təhsil alan Ruslan Fərzəliyev.



Əvvəlcə Londonda təzə yayılmağa başlayan radio proqramı haqqında. "London Türk" radiosunda ötən çərşənbə günü Azərbaycan dilində proqram yayılmağa başlayıb.



Bu barədə London Universitetinin hazırlıq şöbəsində oxuyan Vüsal Həmzəyev danışdı. O deyir ki, proqramı Böyük Britaniyada oxuyan azərbaycanlıları birləşdirən Londondakı Azərbaycanlı Gənclər Klubunun üzvləri hazırlayırlar.



İkinci qonağımız – Ruslan Fərzaliyev Sauthempton Solent Universitetinin Ətraf mühit fakültəsində oxuyur. O, həm də işləyir. Ruslan Fərzaliyev deyir ki, İngiltərəyə gəlməzdən qabaq Azərbaycanda ictimai fəaliyyətlə məşğul olub və qeyri-hökumət təşkilatlarında çalışıb.



"Azərbaycanda keçirilən parlament seçkiləri xaricdən necə görünür" sualına cavab verən hər iki həmsöhbətimiz deyir ki, Böyük Britaniya mediası seçkini işıqlandırarkən səsvermənin saxtalaşdırıldığını yazmışdı.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG