Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Sərnişinlər Naxçıvandan Bakıya yük təyyarəsində uçurlar


Səs: Real audio
400-dən artıq sərnişin isə hələ də aeroportda gecələyir Bir həftədir ki, bilet tapmayaraq Naxçıvan Hava Limanında gecələyən 700-ə yaxın sərnişin noyabrın 15-də axşam saatlarında iki «İl-76» markalı yük təyyarəsi ilə Bakıya yola salınıb. Bu haqda aeroportda gecələyən digər sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, Hava Limanındakı vəziyyət mətbuatda işıqlandırıldıqdan sonra sərnişinlərə bilet satılmağa başlanıb. Aeroportun əməkdaşları isə sərnişinlərin könüllü şəkildə yük təyyarələrində uçmağa razı olduqlarını deyiblər.



Ancaq Naxçıvan aeroportunda hələ də 400-dən artıq sərnişin qalmaqda davam edir. Onların əksəriyyəti xəstə və uşaqlı olduğundan yük təyyarəsi ilə uçmağa razı olmayanlardır. Muxtar Respublika Hava Himanının əməkdaşları bildiriblər ki, noyabrın 16-da gecə saatlarında əlavə iki reysin aeroporta eənəcəyi gözlənilir. Həmin reyslərə biletlərin satıldığı da deyilir.



Bir həftədir ki, Naxçıvana uçan təyyarələr təmirə dayandığından sərnişinlərin Bakıya gediş-gəlişi çətinləşib.
XS
SM
MD
LG