Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06
Rubrikalar

Ümumdaxili məhsul 23.4 faiz artıb


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir - "Economist Intelligence Unit"in hesabatına görə, 2006-cı ildə Azərbaycanda ümumdaxili məhsul [ÜDM] 25 faizə çatacaq. Hesabatda bu, qaz istehsalının neft istehsalıyla bərabər artacağı ilə əlaqələndirilir. 2007-ci ildə neftin qiyməti aşağı düşəcəyindən, bu göstəricinin 12 faizə enəcəyi bildirilir.



- Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci ilin 10 ayı ərzində ümumdaxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.4% artaraq 46 trilyon 395 milyard manata yaxın olub.



Ötən ay ölkədə ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin səviyyəsi əvvəlki ayla müqayisədə orta hesabla 0.5% bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabr ayında ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Belə ki, bu dövrdə Azərbaycanda ərzaq məhsulları 0.7%, qeyri-ərzaq məhsulları isə 0.3% bahalaşıb. Xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.



- Payız-qış mövsümündə paytaxtda 1400 bina, 115 məktəb, 100 uşaq bağçası, 31 səhiyyə ocağı, 79 digər sosial obyekt istilik, o cümlədən isti su ilə təmin ediləcək. Bu barədə məlumatı yeni yaradılmış "Azəristiliktəchizat" şirkətinə istinadən "AzərTAc" agentliyi yayıb. Məlumata görə, bu məqsədlə şirkətə 10 milyard manat vəsait ayrılıb.



- Milli Bankın məlumatına görə, noyabrın 16-da 1 dollar 4 596, 1 avro 5 384, 1 rubl isə 159 manat olub.
XS
SM
MD
LG