Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

«Məqam» tələbələri siyasi proseslərə çəkir


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir 6 noyabr parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən "Məqam" Vətəndaş Hərəkatı noyabrın 16-da Bakıdakı ali məktəblərin tələbələrini etiraz olaraq dərsləri boykot etməyə çağırıb. Universitetlərin divarlarında və yerlərdə şüarlar yazılıb, tələbələrə vərəqələr paylanıb.



Hərəkatın koordinatoru Emin Hüseynov deyir ki, bu aksiyanı keçirməkdə əsas məqsədləri parlament seçkilərinin yenidən keçirilməsinə nail olmaqdır:



"Məqsədimiz odur ki, aksiyanın davamlılığını uzadaraq bu saxta seçkilərin nəticələrinin ləğvinə, azad və ədalətli yeni parlament seçkiləri keçirilməsinə nail olaq".



Emin Hüseynov deyir ki, apardıqları monitorinqə görə, aksiyaya qoşulan tələbələr olub.



Noyabrın 16-da Bakı Dövlət Universitetinin həyətində çağırış vərəqələri paylansa da, divarlarda və yerlərdəki şüarlar oxunmaz hala salınmışdı. Tələbələr arasında isə bu aksiyalara münasibət fərqli idi.



- Konkret fakt irəli sürsünlər, ondan sonra çağırsınlar. Əgər fakt olsa, biz də Azərbaycan Respublikasının vətəndaşı kimi demokratik cəmiyyətin qurulması üçün hər addımı atarıq.



- Mən razıyam ki, seçkilər həqiqətən də saxtalaşdırılıb. Amma bu heç də o demək deyil ki, biz dərsdən yayınmalıyıq. Dərsdən sonra yığışıb bunu müzakirə etmək olar.



- Təzyiqlərdən adam qorxur.



- Xəbərim yoxdur, birinci dəfədir ki, eşidirəm.



- Mən də seçkilərin obyektiv olduğuna inanmıram və formasından asılı olmayaraq hər bir etiraza qoşulmağa hazıram.



Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bu cür çağırışları təhsil müəssisələrində yaymağın qeyri-qanuni olduğunu deyirİ



"Bunların çağırışları qeyri-qanunidir və şübhəsiz ki, hüquq-mühafizə orqanları araşdırıb müvafiq tədbir görəcək. Seçki boykot olunursa, müvafiq dövlət orqanları var, onlara müraciət olunmalıdır. Təhsil sistemi siyasətdən kənar olmalıdır axı".
XS
SM
MD
LG