Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:34
Rubrikalar

Cüdoçular Rusiyadan 5 medal gətirdilər


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir - Noyabrın 17-də Çexiyanın Dvur-Kralove şəhərində əlillər arasında stolüstu tennis üzrə Avropa çempionatının startı veriləcək. Yarışda Azərbaycanı 4 nəfər - Əzim Poladxanov, Nazir Talıbov, Cəmilə Xametova və Evelina Rodina təmsil edəcəklər. Onlar şəxsi, qoşa və qarışıq heyətdə mübarizə aparacaqlar.



- Noyabrın 17-də Azərbaycanın cüdo üzrə yığma komandası Ukraynaya yollanır. 7 nəfərdən ibarət komanda 23 yaşadək keçiriləcək Avropa çempionatında iştirak edəcək. Turnir noyabrın 17-dən 19-dək davam edəcək.



- Azərbaycanın ağır atleti Nizami Paşayev Qətərdə keçirilən dünya çempionatında dünya çempionu adını qazanıb. Birdəfəyə qaldırmada o, 185, təkanla qaldırmada isə 216 kq nəticə göstərib. Bununla da Nizami Paşayev ikinci dəfə dünya çempionu olub.



- Kişilərdən ibarət basketbol komandaları arasında FIBA – "Çağırış Kuboku" turnirinin ilkin seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib. Azərbaycanın «Qala» komandası Bakıda Ukraynanın «Ximik» komandasını qəbul edib və 86:81 hesabı ilə qalib gəlib. «Qala» növbəti oyunu noyabrın 24-də Rusiyada «Ural Qreyt» komandasına qarşı keçirəcək.



- Azərbaycan cüdoçuları Rusiyada keçirilən «Beynəlxalq Cüdo Həftəsi» adlı turnirdə 5 medal – bir qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.



- Türkiyənin İstanbul şəhərində yaşı 20-yə qədər olan şahmatçılar arasında dünya çempionatı davam edir. Çempionatda 160 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır. Turnirdə Azərbaycan 7 şahmatçı ilə təmsil olunur. Onlardan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərir. Altı turdan sonra onun hesabında 5.5 xalı var.
XS
SM
MD
LG